Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı 42 % artıb | Banco.az

Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı 42 % artıb

Bu ilin yanvar-fevral aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 262 kiberhücum indikatoru (IOC) müəyyən edib.

 Dövlət Xidmətinin hesablamaların əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42 % çoxdur.

Kibertəhdidlərin 92-i daxili araşdırma, 170-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə fevralda isə 120 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 38 % çoxdur.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 95,895 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 1 milyon 99 min 700, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 26 917 zərərverici tərkibli elektron sənəd blok edilib. 

report