Azərbaycanın dövlət büdcəsinin profisiti 5 % azalıb | Banco.az

Azərbaycanın dövlət büdcəsinin profisiti 5 % azalıb

2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 39 milyard 131,2 milyon manat, xərcləri isə 38 milyard 603,6 milyon manat təşkil edib.

 Maliyyə Nazirliyi xəbər verir ki, bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 5,3 % və 2,4 % çoxdur.

Son nəticədə ötən il büdcədə 527,6 milyon manat profisit yaranıb. Bu isə əvvəlki ilə nisbətən 5 % azdır.