Azərbaycanın dövlət büdcəsinin profisiti 41% azalıb | Banco.az

Azərbaycanın dövlət büdcəsinin profisiti 41% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən 2024-cü ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 6555,0 milyon manat, xərcləri 5253,0 milyon manat təşkil edib.

Banco.az Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar illik müqayisədə müvafiq olaraq 11,5% və 43,5% çoxdur.

Ötən ilin eyni dövründə büdcənin gəlirləri 5877,4 milyon manat, xərcləri isə 3660,4 milyon manat olub. 

Məlumata görə, büdcənin icrasında 1302,0 milyon manatlıq və ya ümumi daxili məhsulun 7,0 faizi qədər profisit yaranıb. Bu da illik müqayisədə 41,3% azdır. Ötən ilin ilk 2 ayında bu göstərici 2217,0 milyon manat olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et