Azərbaycanın da üzv olduğu Bank üzv ölkələrə 900 milyon avro yönəltmək niyyətindədir | Banco.az

Azərbaycanın da üzv olduğu Bank üzv ölkələrə 900 milyon avro yönəltmək niyyətindədir

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) koronavirus pandemiyasından ən çox zərər çəkmiş sektorlara və sənaye sahələrinə kömək etmək məqsədilə banka üzv olan ölkələrə təxminən 900 milyon avro yönəltmək niyyətindədir.

Bu barədə bankdan bildirilib.

QDTİB-dən qeyd ediblər ki, bunlar geri qaytarıla bilən vəsaitlərdir, hansılara ki, kiçik və orta bizneslərin hazırda girişi son dərəcə məhduddur. Proqramda vəsaitin iqtisadiyyatının müsbət tərəfə dəyişə biləcək ölkələrə veriləcəyi nəzərdə tutulur.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, bank biznes planlar, texniki-iqtisadi əsaslandırma və ətraf mühitə təsirin qiymətləndirilməsi də daxil olmaqla layihələrin hazırlanmasını asanlaşdırmaq məqsədilə müştərilərə kömək üçün əlavə texniki xidmətlər təklif edəcək.

Qeyd edək ki, QDTİB-in Azərbaycan üzrə portfeli 123  milyon avro təşkil edir. Ötən ilin sentyabr ayında bu göstərici 100 milyon avrodan bir qədər çox idi.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et