Azərbaycanın çay idxalı ixracını 7 dəfə üstələyib | Banco.az

Azərbaycanın çay idxalı ixracını 7 dəfə üstələyib

Bu ilin yanvar ayında Azərbaycan 660 min ABŞ dolları dəyərində 107,9 ton çay ixrac edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, həcm baxımından ötən ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 51,3 ton (90,5%) çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 288,75 min dollar (77,8%) çoxdur.

Eyni zamanda, bu ilin ilk ayında Azərbaycan 2,455 mln. dollar dəyərində 708,8 ton çay idxal edib. Bu, həcm baxımından ötən ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 360,6 ton (33,7%), məbləğ baxımından isə illik nisbətdə 1,7 mln. dollar (40,9%) azdır.

Ən sərfəli kredit üçün müraciət et

Ay ərzində çay ixracı Azərbaycanın ümumi ixracının 0,05%-ni, çay idxalı isə ölkənin ümumi idxalının isə 0,2% təşkil edib. İdxal ixracı 6,6 dəfə üstələyib. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et