Azərbaycanın broker və dilerləri - Siyahı | Banco.az

Azərbaycanın broker və dilerləri - Siyahı

Broker qiymətli kağızlar bazarında müştərinin adından və onun hesabına birja əməliyyatları – qiymətli kağızların alışı və satışı əməliyyatlarını həyata keçirən şirkət və ya fiziki şəxsdir. Həmçinin brokerlər investorlar və emitentlər üçün məsləhət xidmətini də həyata keçirir.

Broker vasitəçidir, lisenziya əsasında fəaliyyət göstərir. Brokerin qazancı müştərilərin hesabına bağlanan müqavilələrə əsasən komission haqq əldə etməklə yaranır.

Dilerlər də qiymətli kağızlar bazarının ən önəmli üzvlərindəndirlər. Onlar brokerlərdən fərqli olaraq, həm öz adından və öz hesabına, həm də müştəri adından və müştəri hesabına qiymətli kağızların alqı-satqısı ilə məşğul olurlar.

Hazırda, Azərbaycanda broker və diler fəaliyyəti ilə məşğul olan və Bakı Fond Birjasında üzv olan şirkətlər aşağıdakılardır:

Şirkətin adı

Fəaliyyət növləri

Üzvlüyün tarixi

Əlaqə vasitələri

Broker; Diler

02.07.2014
 

“PSG-Kapital İnvestisiya Şirkəti” QSC
Tel: (+ 994 12) 404-43-72;
 


[email protected]

Broker; Diler

9/3/2003

Kapital Menecment 
Tel: (+994 12) 488-07-54 

Fax: (+994 12) 488-07-53 

[email protected]

Broker; Diler

9/23/2013

INVEST-AZ 
Tel: (+994 12) 488 0 588 

[email protected]

Broker; Diler


2/24/2015

AzFinance investisiya şirkəti 
Tel: (+994 12) 310 33 30 

[email protected]

Broker; Diler


05.02.2008

Unicapital İnvestisiya şirkəti 
Tel: (+994 12) 498-22-44 

Fax: (+994 12) 498-09-53 

[email protected]

Broker; Diler

31.08.2012

“PAŞA Kapital İnvestisiya şirkəti” QSC 
Tel: (+994 12) 496-50-00 

[email protected]

Ən sərfəli kredit üçün müraciət et

Gördüyünüz kimi, bunlardan bəziləri banklararın törəmə şirkətləridir.

2007-ci ildə “Unibank” tərəfindən ixtisaslaşdırılmış törəmə şirkətin - “Unicapital” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında qərar qəbul edilmişdir. 2008-ci ilin əvvəlindən etibarən Unicapital şirkəti tərəfindən bütün broker və diler xidmətləri göstərilir. 2008-ci ilin yanvar ayından Unicapital Bakı Fond Birjasının təsisçilərindən biridir. 

“PAŞA Kapital İnvestisiya şirkəti” QSC Paşa Bankın törəmə müəssisəsi kimi fəaliyyət göstərir.

Kapital  Menecment İnvestisiya Şirkəti" ASC (əvvəlki adı:"Texnika Kapital Menecment MMC") investisiya şirkəti kimi 2003-cü ildən etibarən qiymətli kağızlar bazarında peşəkar fəaliyyətlə məşğul olur. Bu şirkət əvvəllər Texnika bank tərəfindən yaradılmış sonra bank bağlandıqdan sonra da fəaliyyətini davam etdirmişdir.