Azərbaycanın bəzi kommersiya bankları ilk özəl kredit bürosunun həmtəsisçisi olmağa razılıq verib | Banco.az

Azərbaycanın bəzi kommersiya bankları ilk özəl kredit bürosunun həmtəsisçisi olmağa razılıq verib

Azərbaycanın bəzi kommersiya bankları ilk özəl kredit bürosunun həmtəsisçisi olmağa artıq razılıq verib. Bunu Azərbaycan Banklar Assosiasiyasından (AMA) bildiriblər.

"ABA ölkədəki bütün banklara büroda pay almağa təklif edib. Hələlik 6-7 bank buna rəsmi şəkildə razılığını bildirib, məktub göndərib. Bəzi banklar isə sadəcə müsbət yanaşdıqlarını bəyan edib, lakin bu, ilkin razılıqdır, qərar kredit təşkilatlarının rəhbərliyi, səhmdarlar, Müşahidə Şurası ilə razılaşdırılmalıdır. İştirakçı bankların sayı dəqiq məlum olandan sonra ilk özəl kredit bürosunun nizamnamə kapitalı onların arasında bölüşdürüləcək", - deyə ABA-dan qeyd ediblər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ilk özəl kredit bürosunun nizamnamə kapitalının 2,2 mln. avro olması nəzərdə tutulub. Bu məbləğin 51%-ni və yaxud 1,122 mln. manatını İslandiyanın "Creditinfo" şirkəti təmin edəcək. Qalan 49%-lik hissəni və yaxud 1,078 mln. manatı isə Azərbaycan bankları ayıracaq.

Xatırladaq ki, Milli Məclis sentyabrın 30-da "Kredit büroları haqqında" qanun layihəsini ilk oxunuşda qəbul edib.

Mənbə : report.az