Azərbaycanın bank sektorunun xalis mənfəəti ötən il 50%-dən çox artıb | Banco.az

Azərbaycanın bank sektorunun xalis mənfəəti ötən il 50%-dən çox artıb

Azərbaycanın bank sektoru 2022-ci ili 914,5 milyon manat xalis mənfəət əldə edib.

Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir ki, bu, 2021-ci illə müqayisədə 50,2% çoxdur.

Ötən il bankların əməliyyat gəlirləri 3 954,8 milyon manat (əvvəlki ilə nisbətən 32,6 % çox), əməliyyat xərcləri 2 543 milyon manat (26,6 % çox), xüsusi ehtiyatlara ayırmaları 235,9 milyon manat (17,95 % çox), digər gəlirləri 0,1 milyon manat (7 dəfə az) mənfəət vergisi ödəmələri isə 261,5 milyon manat (57,9 % çox) təşkil edib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et