Azərbaycanın bank sektorunun xalis mənfəəti 900 mln. manatı ötüb | Banco.az

Azərbaycanın bank sektorunun xalis mənfəəti 900 mln. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ilin 10 ayında banklar 908.2 mln. manat xalis mənfəət, 1,369.5 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 18% və 23% artıb. 1 ay əvvəllə müqayisədə bu göstəricilər 9% və 11,6% çoxdur.

Belə ki, 2022-ci ilin yanvar-oktyabr aylarında banklar 769.9 mln. manat xalis mənfəət, 1,116.7 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.  

Qeyd edək ki, ilin əvvəlindən banklar tərəfindən ümumilikdə 237.8 mln. manat məbləğində mənfəət vergisi ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34% və ya 59.8 mln. manat daha çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et