Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin iyul ayının 1-i tarixinə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 50 mlrd. 328 mln. manat təşkil edib.
Banco.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların aktivləri 5 milyard 110 milyon manat və ya 11,3% artıb.
Belə ki, 1 iyul 2023 tarixinə ölkə banklarının cəmi aktivləri 45 mlrd. 218 mln. manat olub.
Qeyd edək ki, bu dövrdə sektorun cəmi cəmi öhdəlikləri 44,086.3 mln. manat, balans kapitalı 6,241.8 mln. manat olub. İyun ayında bank sektorunun cəmi aktivləri və cəmi öhdəlikləri müvafiq olaraq 2,4% və 3% artıb, balans kapitalı isə 1,4% azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!