Azərbaycanın bank sektorunda mobil elektron imzanın tətbiqi genişlənir | Banco.az

Azərbaycanın bank sektorunda mobil elektron imzanın tətbiqi genişlənir

Yaxın aylar ərzində Azərbaycanın 10 bankında "Asan İmza" mobil imzanın həllinin inteqrasiyası üzrə müqavilələrin imzalanması və işlərin başlanılması planlaşdırılır. Bu barədə "B.EST Solutions" ("Asan İmza" mobil imza xidmətinin operatoru) şirkəti məlumat verib.

Şirkətdən bildiriblər ki, hazırda "Bank Respublika", "Ata Bank", "Yapı Kredi Bank", "Bank of Baku", Azərbaycan Beynəlxalq Bankı və "Azericard" Prosessinq Mərkəzi ilə "Asan İmza"nın daxili biznes proseslərin idarə edilməsi və müştərilərə onlayn xidmət göstərilməsi sistemlərinə inteqrasiyası üzrə müqavilələr imzalanıb.

Şirkətdən bildiriblər ki, "Asan İmza" istifadəçiləri üçün yaxın aylarda dövlət və kommersiya sektorlarında yeni xidmətlər tətbiq olunacaq. "Asan İmza" istifadəçiləri sutkalıq olaraq bütün bank əməliyyatlarını birbaşa mobil telefondan rahat və təhlükəsiz həyata keçirə biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

İstifadəçilər maliyyə hesabatlarının əldə edilməsi xidmətindən, hesabdakı qalıqlar barədə informasiyadan, bank müqavilələrinin bağlanmasından, bank kartı limitinin təyin edilməsindən, kredit və lizinqə görə müraciətdən, sığortanın sənədləşdirilməsindən və digər xidmətlərdən yararlana biləcəklər.

Mənbə: trend.az