Azərbaycanın avtomobil idxalı artır - 34% | Banco.az

Azərbaycanın avtomobil idxalı artır - 34%

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 1 milyard 374 milyon 23 min dollar dəyərində 81 206 ədəd avtomobil idxal edilib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 33,6% və ya 20 416 ədəd artıb.

Avtomobil idxalına çəkilən xərc isə 544 milyon 720 min dollar (65,7%) artıb. 

Qeyd edək ki, 2022-ci ilin müvafiq dövründə Azərbaycana 829 milyon 303 min dollar dəyərində 60 min 790 ədəd avtomobil idxal edilib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et