Azərbaycanın AİİB-dəki nümayəndələri təsdiq edilib | Banco.az

Azərbaycanın AİİB-dəki nümayəndələri təsdiq edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Asiya İnfrastruktur İnvestisiya Bankına (AİİB) üzvlüyü ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.

"Report"un xəbərinə görə, sərəncamda bildirilir ki, AİİB-nin Rəhbərlər Şurasında Azərbaycandan rəhbər iqtisadiyyat naziri, alternativ rəhbər isə maliyyə naziri təyin edilsin və onlara həmin Bankda Azərbaycan Respublikasını təmsil etmək səlahiyyəti verilsin.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin qeyd olunur ki, Mərkəzi Bank AİİB ehtiyatları və digər aktivlərinin Azərbaycan Respublikasının milli valyutasında depozitarı müəyyən edilsin.

"Nazirlər Kabineti Azərbaycanın AİİB-yə üzvlüyü ilə bağlı müvafiq abunə kapitalının ödənilməsi üçün maliyyə vəsaitinin ayrılmasını təmin etsin və “Asiya İnfrastruktur İnvestisiya Bankının Saziş maddələri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin", - deyə qərarda bildirilir.