Azərbaycanın Aİ-yə ixracı kəskin artıb | Banco.az

Azərbaycanın Aİ-yə ixracı kəskin artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 4,195 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalara görə, hesabat dövründə ixracın həcmi illik müqayisədə 2,6 dəfə artaraq 3,889 mlrd. dollar, idxalın həcmi isə 8,2% azalaraq 305,998 mln. dollar təşkil edib.

Nəticədə, yanvar-fevralda 3,583 mlrd. dollarlıq müsbət ticarət saldo yaranıb ki, bu göstərici 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə artıb. 

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram