Azərbaycanın 13 aparıcı bankı Zolotaya Korona ödəniş sistemi ilə əməkdaşlığı dayandırır | Banco.az

Azərbaycanın 13 aparıcı bankı Zolotaya Korona ödəniş sistemi ilə əməkdaşlığı dayandırır

2014-cü il yanvar ayının 15-dən etibarən ölkənin 13 aparıcı bankı Zolotaya Korona pul köçürmələri sistemi üzrə xidmət göstərməyəcək. Trend-in məlumatına görə, bu barədə "Xalq Bank"ın cümə günü yaydığı məlumatda deyilir.

Belə bir qərar bankların Zolotaya Korona sistemi vasitəsilə həyata keçirdiyi əməliyyatların aşağı gəlirliliyi və əməkdaşlıq səmərəliliyinin az olması ilə bağlıdır.

Əfsuslar olsun ki, bankların Zolotaya Korona sistemi ilə 2013-cü il ərzində davam edən danışıqları müsbət nəticələnməyib və bu səbəbdən banklar adıçəkilən sistem üzrə xidməti dayandırmaq qərarını vermək məcburiyyəti qarşısında qalırlar.

Zolotaya Korona sistemi ilə əməkdaşlığı dayandıran Azərbaycan banklarının siyahısı:

Ən sərfəli kredit üçün müraciət et

1. Azərbaycan Beynəlxalq Bankı
2. Xalq Bank
3. Kapital Bank
4. Bank Standard
5. Bank Technique
6. Bank Respublika
7. Unibank
8. Dəmir Bank
9. Muğan Bank
10. Bank of Baku
11. Ata Bank
12. Access Bank
13. Bank of Azerbaijan

 

mənbə

Ən sərfəli krediti almaq üçün müraciət et