Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandan fiziki şəxslər tərəfindən cari ilin yanvar-iyun aylarında Qazaxıstana 5 milyon 101 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfə (2 milyon 510 min dollar) çoxdur. Ötən ilin eyni dövründə bu məbləğ 2 milyon 591 min dollara bərabər olub.
Qeyd edək ki, ilk 6 ayda Azərbaycandan Qazaxıstana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 2% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!