Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb | Banco.az

Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Avqust ayında Azərbaycandan pomidor ixracı 2019-cu ilin minimum səviyyəsinə düşüb.

2019-cu ilin 8 ayı ərzində (yanvar-avqust) Azərbaycandan 141 milyon 542 min dollar dəyərində 133 min 242 ton pomidor ixrac edilib. 2019-cu ilin 7 ayı ərzində Azərbaycandan 141 milyon 209 min dollar dəyərində 132 min 796 ton pomidor ixrac edilmişdi. Beləliklə, Avqustda pomidor ixracı məbləğ ifadəsində 333 min dollar, miqdar ifadəsində isə 446 ton təşkil edib.

İlk 6 ayda Azərbaycandan 138 milyon 56 min dollar dəyərində 129 min 293 ton pomidor ixrac edilmişdi. İyun ayı ilə müqayisədə İyulda pomidor ixracı məbləğ ifadəsində 3 milyon 153 min dollar, miqdar ifadəsində isə 3503 ton təşkil etmişdi. 

Ən sərfəli kredit üçün müraciət et

 

ƏN ÇOX POMİDOR MAYDA İXRAC EDİLİB

Pomidor ixracından Azərbaycana Yanvarda 10 milyon 490 min dollar, Fevralda 7 milyon 318 min dollar, Martda 7 milyon 648 min dollar, Apreldə 24 milyon 188 min dollar, Mayda 54 milyon 595 min dollar, İyunda 33 milyon 817 min dollar, İyulda 3 milyon 153 min dollar, Avqustda isə 333 min dollar valyuta daxil olub.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et