Azərbaycandan pambıq lifi və ipliyinin ixracı artıb | Banco.az

Azərbaycandan pambıq lifi və ipliyinin ixracı artıb

Doqquz ayda Azərbaycandan 61 min 773 ton pambıq lifi və 9 min 394 ton pambıq ipliyi ixrac edilib.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. İxrac edilən pambıq lifinin dəyəri 86 milyon 747 min, pambıq ipliyinin dəyəri isə 22 milyon 532 min ABŞ dolları olub.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 62 milyon 716 min dollarlıq 41 min 406 ton pambıq lifi, 16 milyon 977 min dollarlıq 6 min 821 ton pambıq ipliyi ixrac edilmişdi.

Azərtag.az

Ən sərfəli krediti almaq üçün müraciət et