Azərbaycandan kapital çıxışı artıb | Banco.az

Azərbaycandan kapital çıxışı artıb

2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan kapitalın repatriasiyasının (çıxarılma) həcmi 2 mlrd. 103,5 mln. dollar təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankın dərc etidiy tədiyə balansının məlumatında qeyd olunur.

“Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan çıxarılan kapitalın həcmi 2017-ci ilin analoji dövründə 2 mlrd. 86,7 mln. dollara qarşı 2 mlrd. 103,5 mln. dollar təşkil edib”, - məlumatda deyilir.

Beləliklə, cari ilin yanvar-sentyabr aylarında çıxarılan kapitalın həcmi 0,8% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda cari ilin birinci rübündə çıxarılan kapitalın həcmi 603,4 mln. dollar, ikinci rübdə 1 mlrd. 109,6 mln. dollar, üçüncü rübdə 390,5 mln. dollar təşkil edib.

AMB qeyd edir ki, bu dövrdə Azərbaycanın rezidentləri xarici kreditlər üzrə 289,7 mln. dollar məbləğində ödəniş ediblər.

2017-ci ildə Azərbaycandan 2 mlrd. 820,5 mln. dollar məbləğində kapital çıxarılıb. 

Marja.az