Azərbaycandan İrana gedənlərin sayı kəskin artıb | Banco.az

Azərbaycandan İrana gedənlərin sayı kəskin artıb

2018-ci ildə Azərbaycana dünyanın 196ölkəsindən 2 849,6 min nəfər və yaxud 2017-ci illə müqayisədə 5,7% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Gələnlərin 30,9%-i Rusiya, 21,4%-i Gürcüstan, 10,2%-i Türkiyə, 8,5%-i İran, 3,3%-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 2,6%-i Səudiyyə Ərəbistanı, 2,4%-i İraq, 2%-i Ukrayna, 1,4%-i İsrail, 17,2%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. 

Gələnlərin 66,1%-ni kişilər, 33,9%-ini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 6,5%-i yanvar, 5,8%-i fevral, 9,7%-i mart, 7,7%-i aprel, 7,3%-i may, 9,5%-i iyun, 11,6%-i iyul, 11,3%-i avqust, 8,1%-i sentyabr, 7,4%-i oktyabr, 7,5%-i noyabr, 7,6%-i isə dekabr ayında ölkəyə gəlib. 

2018-ci ildə Körfəz ölkələrindən (BƏƏ və İran istisna olmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. 2017-ci illə müqayisədə ölkəmizə gələn Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2 dəfə, Küveyt vətəndaşlarının sayı 1,8 dəfə, Qətər vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 7,9%, Oman vətəndaşlarının sayı 7,4% artıb. İrandan gələnlərin sayında 33,7%, BƏƏ-dən gələnlərin sayında isə 8,3% azalma müşahidə edilib. Ümumilikdə Körfəz ölkələrindən 554,1 min nəfər gəlib və ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri bu ölkələrin vətəndaşları olub.

Ən sərfəli kredit üçün müraciət et

2017-ci ilə nisbətən Hindistandan gələnlərin sayı 2,7 dəfə, İsraildən gələnlərin sayı 2,6 dəfə, Misir, Türkmənistan və Cənubi Koreyadan gələnlərin sayı 1,7 dəfə, Çindən gələnlərin sayı isə 1,5 dəfə artıb.

2018-ci ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,7% artaraq 112,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,8% artaraq 1 044,2 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,5%-i dəmir yolu və avtomobil, 41,5%-i hava, 1%-i isə su nəqliyyatından istifadə edib.

2018-ci ildə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 19,5%artaraq 4 908,1 min nəfər olub. Ölkə vətəndaşlarının 33,6%-i İrana, 29,2%-i Gürcüstana, 18,9%-i Rusiyaya, 12,3%-i Türkiyəyə, 1,4%-i Ukraynaya, 0,9%-i BƏƏ-yə, 3,7%-i isə digər ölkələrə səfər edib. Səfər edənlərin 65,3%-i kişilər, 34,7%-i isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 71,8%, Gürcüstana gedənlərin sayı 4,2%, Türkiyəyə gedənlərin sayı 0,9%, Rusiyaya gedənlərin sayı 0,3% artıb.

2018-ci ildə xarici ölkələrə səfər etmiş ölkə vətəndaşlarının 81,4%-i dəmir yolu və avtomobil, 17,8%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.

Report.az