Azərbaycandan Gürcüstana pul köçürmələri artıb | Banco.az

Azərbaycandan Gürcüstana pul köçürmələri artıb

Ötən ay Azərbaycandan Gürcüstana 6,03 mln ABŞ dolları həcmində pul köçürülüb.

Bu barədə Gürcüstan Milli Bankından bildirilib.

İyulda qonşu ölkəyə xaricdən daxil olan pul köçürmələrinin 3,19%-i  Azərbaycanın payına düşüb. Azərbaycandan Gürcüstana həyata keçirilən pul köçürmələrinin məbləğində illik müqayisədə 2,9 dəfə artım qeydə alınıb.

Gürcüstandan Azərbaycana isə pul köçürmələrinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 mln dollar azalaraq 1,5 mln dollara bərabər olub.

Hesabat ayında Gürcüstana xarici ölkələrdən, ümumilikdə, 188,7 mln dollar pul köçürülüb ki, bu da illik müqayisədə 22,1% çoxdur.

Gürcüstandan digər ölkələrə pul köçürmələrinin həcmi isə 22,2 mln dollara (15,6% artım) bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et