Azərbaycandan Gürcüstana pul köçürmələri 14%-dən çox artıb | Banco.az

Azərbaycandan Gürcüstana pul köçürmələri 14%-dən çox artıb

Ötən ay Azərbaycandan Gürcüstana 1 milyon 920 min dollar pul köçürülüb.

Bu barədə Gürcüstanın Milli Bankı məlumat yayıb.

İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə pul köçürmələrinin həcmi 14,02% artıb. Azərbaycandan Gürcüstana daxil olan pul kütləsinin ümumi köçürmələrdə payı 1,32% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

May ayında qonşu ölkəyə xarici ölkələrdən, ümumilikdə, 145,8 milyon dollar pul daxil olub. Bu məbləğ illik müqayisədə 15,4  milyon dollar və ya 11,8% çoxdur.

Hesabat ayında Gürcüstandan xarici ölkələrə isə 20,5 milyon dollar pul köçürülüb. İllik müqayisədə bu göstəricidə 3,9%, yaxud 19,7  milyon dollar artım qeydə alınıb. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et