Azərbaycandan bu ölkəyə gedənlər üçün karantin tətbiq edilməyəcək | Banco.az

Azərbaycandan bu ölkəyə gedənlər üçün karantin tətbiq edilməyəcək

Belarus Səhiyyə Nazirliyi Azərbaycanı sakinləri Belarusa gəldikdən sonra karantindən keçməli olan dövlətlərin siyahısından çıxarıb.

Karantindən “azad olunanlar” sırasında həmçinin Tanzaniya, Şri-Lanka, Monqolustan və Fici də yer alıb.

Buna qədər adıçəkilən ölkələrin vətəndaşları Belarusa gəldikdən sonra iki həftə özlərini təcrid etmək məcburiyyətində qalırdı. Avqustun 4-dən əvvəl ölkəyə daxil olan şəxslər artıq karantini poza bilər.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram