Azərbaycandan 11 ayda 22.9 mlrd. kubmetr qaz ixrac olunub | Banco.az

Azərbaycandan 11 ayda 22.9 mlrd. kubmetr qaz ixrac olunub

Bu ilin 11 ayında neft-kondensat hasilatı 26,5 mln. ton, ixraca nəql edilən həcmlər isə 22,2 mln. ton olub.

Banco.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Ən sərfəli kredit üçün müraciət et

    “Bu dövrdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 mlrd.m3 artımla 45,8 mlrd.m3 qaz hasil edilib. 22,9 mlrd.m3 qaz isə ixrac olunub” - deyə paylaşımda qeyd olunub.