Azərbaycandakı xarici investisiyalı qurumların sayı açıqlanıb | Banco.az

Azərbaycandakı xarici investisiyalı qurumların sayı açıqlanıb

Bu ilin sentyabr ayında Azərbaycanda 1146 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2020-ci ilin sentyabr ayı ilə müqayisədə 36,9% çoxdur.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, ay ərzində dövlət qeydiyyatından keçən kommersiya qurumlarının 960-ı elektron qaydada, 186-sı isə kağız daşıyıcılarında müraciətləri əsasında qeydiyyata alınıb.

Ümumilikdə, bu ilin yanvar-sentyabr aylarında qeydiyyatdan keçən kommersiya qurumundan 91%-i yerli investisiyalı, 9%-i xarici investisiyalı qurumlardır. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının sayı 36,3% artıb. 2021-ci ilin oktyabr ayının 1-nə 16 499 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Bunlardan 11 076-nın fəaliyyəti aktiv olub, 4 544-ün fəaliyyəti dayandırılıb, 879-u isə ləğv edilib.

2021-ci ilin sentyabr ayında dövlət qeydiyyatına alınan xarici investisiyalı hüquqi şəxslərin 35,7%-i Türkiyə, 14,3%-i İran, 11,6%-i Gürcüstan, 5,4%-i Pakistan, 4,5%-i Çin, 3,6%-i Şri-Lanka və 2,7%-i Rusiya investisiyalı vergi ödəyiciləridir.

Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) cari ilin yanvar-sentyabr aylarında 1366 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 61,8% çox) qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 15,8%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 17,7% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

2021-ci ilin 1 oktyabr tarixinə 302 publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et