Azərbaycandakı hansı rus bankı - DAHA UĞURLUDUR? | Banco.az

Azərbaycandakı hansı rus bankı - DAHA UĞURLUDUR?

Hazırda Azərbaycanda  Rusiya kapitallı 2 bank fəaliyyət göstərir. Bunlardan biri  VTB Qrupa daxil olan “Bank VTB Azərbaycan" , digəri isə "Nikoil Bank”dır.

Bankların müqayisəsi silsisləsindən bu dəfə adları yuxarıda qeyd edilən bankların eyni xüsusiyyətlər üzrə göstəricilərini müqayisə edilib.

Bankların bu ilin 9 ayının yekun nəticəsi olaraq açıqladığı hesabatına görə, “Nikoil Bank”ın aktivləri 446 milyon 986 min manat təşkil edir. “Bank VTB Azərbaycan”ın aktivləri isə göstərilən dövr ərzində 151 milyon 219 min manat olub.

Göstəricilər

Nikoil Bank

Bank VTB  Azərbaycan

Aktivlər

446 milyon 986 min

151 milyon 219 min

Aktivlər dinamika

7,18% artıb

11,75% artıb

Hər iki bank ayrı-ayrılıqda 300 milyon manata yaxın kredit verib

Bankların kredit portfelinə nəzər salsaq görərik ki, “Nikoil Bank” bu il müştərilərinə 290 milyon 028 min manat kredit verib.” Bank VTB Azərbaycan” isə müştərilərinə 232 milyon 493 min manat kredit verib.

Göstəricilər

Nikoil Bank

Bank VTB Azərbaycan

Verilmiş kreditlər

245 milyon 028 min

50 milyon 680 min

Kreditlər dinamika

34,78% artıb

2,58% artıb

Bankların öhdəliklərinə gəlincə isə “Nikoil Bank”ın öhdəlikləri 381 milyon 958 min manat. “Bank VTB Azərbaycan”ın öhdəlikləri isə 89 milyon 593 min manat təşkil edib. Ötən ilin yekunu ilə müqayisədə hər iki bankın öhdəliyi artıb.

Göstəricilər

Nikoil Bank

Bank VTB Azərbaycan

Öhdəliklər

381 milyon 958 min

89 milyon 593 min

Öhdəliklər dinamika

8,70% artıb

11,52% artıb

Ən çox kapital hansındadır?

“Nikoil Bank”ın bu günə  olan cəmi kapitalı 65 milyon 027 min manat təşkil edib. “Bank VTB Azərbaycan”ın cəmi kapitalı isə 61 milyon 626 min manat təşkil edib. Ötən ilin yekunu ilə müqayisədə “Nikoil Bank”la müqayisədə “Bank VTB Aazərbayca”nın cəmi kapitalı artıb.

Göstəricilər

Nikoil Bank

Bank VTB Azərbaycan

Cəmi kapital

65 milyon 027 min

61 milyon 626 min

Kapital dinamika

0,98% azalıb

12,11% artıb

Ən sərfəli kredit üçün müraciət et

Depozit portfeli

2018-ci ilin yekun göstərici ilə müqayəsidə hər iki bankın depozit portfeli artıb. “Nikoil Bank”ın depozit portfeli bu il 280 milyon 725 min manat təşkil edib. “Bank VTB Azərbaycan”da isə depozit portfeli  63 milyon 276 min manat təşkil edib.

Göstəricilər

Nikoil Bank

Bank VTB  Azərbaycan

Depozit portfeli

280 milyon 725 min

63 milyon 276 min

Dinamika

0,22% artıb

7,75% artıb

Ən çox mənfəət hansındadır

Göstəricilər

Nikoil Bank

Bank VTB  Azərbaycan

Mənfəət

1 milyon 620 min

6 milyon 363 min

Dinamika

Ötən il 135,2 milyon zərərdə olub

Ötən il 250,9 milyon zərərdə olub

“Nikoil Bank”ın xalis mənfəəti 1 milyon 620 min manat təşkil edib. “Bank VTB Azərbaycan”da isə xalis mənfəət bu ilin 9 ayının yekunlarında 6 milyon 363 min manat təşkil edib.

Məlumat üçün bildirək ki, ötən ilin yekununda “Nikoil Bank” 135 milyon 200 min manat , “Bank VTB Azərbaycan” isə 250 milyon 847 min manat zərər etmişdi.

Faiz və qeyri-faiz gəlir/xərcləri

“Nikoil Bak”ın  faiz gəlirləri 44 milyon 102 min manat, faiz xərcləri 11 milyon 798 min  manat, qeyri-faiz gəlirləri 3 milyon 935 min manat, qeyri-faiz xərcləri 23 milyon 971 min manat.

“Bank VTB Azərbaycan”nın faiz gəlirləri 6 milyon 217 min manat, faiz xərcləri 2 milyon 453 min manat, qeyri-faiz gəlirləri 3 milyon 290 min manat, qeyri-faiz xərcləri 11 milyon 304 min manat təşkil edib.

Göstəricilər

Nikoil Bank

Bank VTB Azərbaycan

Faiz gəlirləri

44 milyon 102 min

6 milyon 217 min

Faiz xərcləri

11 milyon 798 min 

2 milyon 453 min

Qeyri-faiz gəlirləri

3 milyon 935 min

3 milyon 290 min

Qeyri-faiz xərcləri

23 milyon 971 min

11 milyon 304 min

 

Qeyd edək ki, “Nikoil Bank"ın səhmdarları 4,22% malik fiziki şəxs, İSR Holdinq MMC (0,10%), Topaz İnvestment Limited MMC (95,68%) isə məxsusdur.

“Bank VTB Azərbaycan”nın səhmlərinin  – 99,9999 % Bank VTB (PSC), 0,0001% isə fiziki şəxsə aiddir.

fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et