Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xalis xarici aktivləri 2015-ci il sentyabrın 1-nə 2133,9 mln. manat mənfi saldo ilə tamamlanıb. Bu, avqustun 1-nə olan analoji göstərici ilə müqayisədə 281,6 mln. manat azdır.
Cari ilin müvafiq dövründə məcmu xarici aktivlər 54,80 mln. manat azalıb , xalis xarici öhdəliklər isə 315,20 mln. manat artıb.
Manatla depozitlər sentyabr ayının 1-nə avqustun 1-i ilə müqayisədə -438,5 mln. manat azalaraq 4038,7 mln. manat təşkil edib. Keçən ilin analoji dövrü ilə müqayisədə isə azalma 2912,70 mln. manat olub. Qeyd edək ki, manatla depozitlərin pik dövrü 2014-cü ilin dekabr ayına təsadüf edib və 7 275,8 mln. manat təşkil edib.
Xarici valyutada olan depozitlər isə avqustda 186,00 mln. manat artaraq sentyabrın 1-nə 8187,7 mln. manata qalxıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 4333,70 mln. manat artıqdır.