Azərbaycan Mərkəzi Bankı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi, o cümlədən Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə yubiley pul nişanları buraxacaq.
Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında bildirib:
“Pul nişanları İngilətərədə çap edilir. Hər biri 2000 ədəd olacaq”.
O qeyd edib ki, yubiley sikkələri yubiley mərasiminə qədər ölkəyə gətiriləcək.
Oxu.Az