Azərbaycanda yeni şirkət yaradılıb | Banco.az

Azərbaycanda yeni şirkət yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Oil Rocks Drilling Company” MMC-ni dövlət qeydiyyatına alıb.

Yeni şirkət adından göründüyü kimi qazma fəaliyyəti ilə məşğul olacaq.

Kommersiya qurumu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyi ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 73-də qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 10 000 manat, qanuni təmsilçisi isə Əliş Ramiz oğlu Həsənovdur. O, həm də SOCAR-ın Kompleks Qazma İşləri Trestinin müdiridir.

Dövlət Vergi Xidməti yeni şirkətin Müşahidə Şurasının tərkibini də açıqlayıb. Şuraya SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Daşqın Ələm oğlu İskəndərov, onun müavini Nüsrət Şıxəli oğlu Əliyev, onun (D.İskəndərovun) müşaviri Orxan Elbrus oğlu Səlimov, SOCAR-ın vergilər şöbəsinin rəisi İlqar Bayram oğlu Əzizov və şirkətin hüquq idarəsinin rəis müavini Tərlan Telman oğlu Tahirov daxildir.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram