Azərbaycanda "Xəzər-Lada-Lizinq" MMC qeydiyyatdan keçib.
Banco.az "Report"a istinadən xəbər verir ki, yeni yaranan qurumun nizamnamə kapitalı 5 min manatdır.
Hüquqi ünvanı Binəqədi rayonu, Binəqədi şosesi, ev 50 olan MMC-nin qanuni təmsilçisi Elbrus Rəcəb oglu Cəlilovdur.
Xatırladaq ki, "Xəzər Lada" MMC Rusiyanın "Lada" avtomobil zavodunun Azərbaycanda rəsmi distribütorudur.