Azərbaycanda yeni açılmış iş yerlərinin 82%-i Bakının payına düşüb | Banco.az

Azərbaycanda yeni açılmış iş yerlərinin 82%-i Bakının payına düşüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin altı ayı ərzində ölkədə 38,9 min yeni iş yerləri açılıb. 

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə yaradılmış iş yerlərinin 93,4 faizi qeyri-dövlət sektorunda açılıb.

Yeni açılmış iş yerlərinin 81,9 faizi Bakı şəhərinin, 1,0 faizi Naxçıvan Muxtar Respublikasının, 17,1 faizi digər regionların, o cümlədən 3,2 faizi Abşeron-Xızı, 2,6 faizi Quba-Xaçmaz, 1,9 faizi Gəncə-Daşkəsən, 1,5 faizi Mərkəzi Aran, 1,5 faizi Şəki-Zaqatala, 1,4 faizi Qazax-Tovuz, 1,2 faizi Qarabağ, 1,0 faizi Şərqi Zəngəzur, 1,0 faizi Şirvan-Salyan, 0,8 faizi Lənkəran-Astara, 0,6 faizi Mil-Muğan, 0,4 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb. Yeni açılmış iş yerlərinin 9,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 90,1 faizi mövcud müəssisə və təşkilatlarda, 0,5 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,3 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram