Azərbaycanda yaxşı iş tapmaq niyə çətindir? | Banco.az

Azərbaycanda yaxşı iş tapmaq niyə çətindir?

"Azərbaycanda layiqli iş tapmaq çox çətin məsələdir. Bu, onunla əlaqədardır ki, Azərbaycanda işçilərə olan tələbat işsizlərin sayından azdır. Bu səbəbdən də müvafiq dövlət qurumları da insanlara lazımi yardım göstərə bilmirlər. Eyni zamanda Azərbaycanda vakansiyalar haqda məlumatlar yerləşdirən saytlar da var. Onların bəziləri böyük şirkətlərlə əlaqə qurublar. Ancaq Azərbaycanda onlayn işəgötürmə Avropa ölkələrindəki səviyyəyə çatmayıb". 

Bu sözləri 
Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov məsələ ilə bağlı açıqlamasında səsləndirib.

Ən sərfəli kredit üçün müraciət et

"Avropada elə saytlar var ki, Avropa Birliyinin bütün ərazilərində vakansiyaları toplayır. Azərbaycanda isə belə saytlar azdır", deyə o əlavə edib. 

Ekspertin sözlərinə görə, ilkin problem ölkə əhalisinin hamısının internetə çıxışının olmamasındadır. Digər tərəfdən isə bir çox sahibkarlar işçiləri köhnə üsulla, tanış-biliş vasitəsi ilə axtarmağa önəm verirlər. 

Mənbə: milli.az

Ən sərfəli krediti almaq üçün müraciət et