Azərbaycanda yaşı 5 ilə qədər olan avtomobillərin xüsusi çəkisi 5 %-i keçib | Banco.az

Azərbaycanda yaşı 5 ilə qədər olan avtomobillərin xüsusi çəkisi 5 %-i keçib

Əgər 2021-ci ilin yekununda Azərbaycanda yaşı 5 ilə qədər olan minik avtomobillərinin xüsusi çəkisi 4,6 % olubsa, 2023-cü ilin yekununda bu rəqəm 5,4 %-ə çatıb.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Bakıda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə keçirilən “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusunda konfransda bildirib.

O, həmçinin deyib ki, ötən il ölkəyə idxal olunan elektrik mühərrikli avtomobillərin sayı əvvəlki ilə nisbətən 6,3 dəfə, mühərrikinin həcmi 2500 kubsm-dən çox olmayan hibrid mühərrikli avtomobillərin sayı isə 24,3 % artıb.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et