Azərbaycanda yalnız bir bankın vergi borcu var | Banco.az

Azərbaycanda yalnız bir bankın vergi borcu var

Azərbaycanda fəaliyyət göstərən 32 kommersiya bankından yalnız birinin dövlət büdcəsinə vergi borcu var. 

Bu barədə Vergilər Nazirliyindən (VN) bildirilib. 

Məlumata görə, söhbət "Atabank" ASC-dən gedir. Bu günə olan məlumata görə, Bankın vergi borcu 32 162 manat təşkil edir. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, VN-in bu il yanvarın 1-də faiz və maliyyə sanksiyaları üzrə borcunu sildiyi banklar arasında "Atabank" da var. Kredit təşkilatının 46 402 manat borcu bağışlanıb. 

Mənbə: Report.az