Azərbaycanda xurma istehsalı sürətlə artır – STATİSTİKA | Banco.az

Azərbaycanda xurma istehsalı sürətlə artır – STATİSTİKA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Son illər Azərbaycanda xurma istehsalı artmaqdadır. Dünya bazarlarında xurma ixracatında mühüm yer tutmağı bacaran Azərbaycanda xurma ixracatı ölkənin iqtisadiyyatına da mühüm töhfə verir.

Banco.az xəbər verir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunan statistikaya görə, 2017-ci ildə  xurma istehsalı 174 min ton olub.

2018-ci ildə bu rəqəm 178 min ton 2019-cu ildə  isə 200 min ton olub. Xurma istehsalı 2020-ci il 211 min ton, 2021-ci ildə 230 min ton artaraq Azərbaycanın kənd təsərrüfatında mühüm məhsullardan birinə çevrilib.

Azərbaycanda əsas ixrac bazarları Rusiya və bir neçə Avropa ölkəsidir. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2023-cü ilin sonuna xurma əkmələrinin sahəsi 13 min 156,3 hektar olub. Cəmi məhsul yığımı 2022-ci il ilə müqayisədə 1,5 % artaraq 187 min 58,4 ton təşkil edib. Sahəsi ən geniş xurma bağları ilə seçilən Mərkəzi Aran və Qazax-Tovuz iqtisadi rayonlarında ötən il xurma istehsalı müvafiq olaraq 2 % və 3 % artaraq müvafiq olaraq 62 min 42 tona və 45 min 828,5 tona çatıb. Əkin sahələrinin ümumi məhsuldarlığı da müşahidə olunan müsbət tendensiyaya uyğun olaraq 2 % artaraq 158,1 sent/ha bərabər olub. Xurma əkinlərinin ən məhsuldar olduğu torpaqlar Qazax-Tovuz (197,5 sent/ha) və Şəki-Zaqatala (193,6 sent/ha) iqtisadi rayonlarında yerləşir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Azərbaycanda xurma yığımının 99 %-i fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının payına düşür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram