Müəllif: Gülnar Əhmədli, Banco.az
2023-cü ilin yanvar-avqust aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 1,4 milyard manatlıq əməliyyat aparıblar.
Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın sentyabr sayına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6,7% azdır.
Ötən ilin eyni dövründə bu göstərici 1,5 milyard manata bərabər olub.
Məlumata görə, təkcə bu ilin avqust ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 200,9 milyon manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!