Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 26% artıb | Banco.az

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 26% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-noyabr aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 2 milyard 498 milyon manatlıq əməliyyat aparıblar.

Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın dekabr sayına istinadən xəbər verir ki, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 507 milyon manat və ya 25.5% çoxdur. Təkcə noyabr ayında bu göstərici 259.1 milyon manat olub. 

Ötən ilin eyni dövründə Azərbaycanda xaricilərin bank kartları ilə həyata keçirdikləri əməliyyatların dəyəri 2 milyard manata, 2022-ci ilin yanvar-noyabr aylarında da 2 milyard manata bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram