Azərbaycanda tütün və içki istehsalında böyük artım | Banco.az

Azərbaycanda tütün və içki istehsalında böyük artım

2019-cu ilin yanvar - oktyabr aylarında əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında 67,6 faiz, içki istehsalında 39,5 faiz, qida məhsullarının istehsalında isə 13,9 faiz artım müşahidə olunmuşdur.

Bu sahələrin əsas məhsullarından qənd və şəkər tozu istehsalı 51,2 faiz, kolbasa məmulatları 45,5 faiz, qaymaq və xama istehsalı 22,5 faiz, cem və marmeladların istehsalı 12,5 faiz, alkoqolsuz içkilərin istehsalı 11,2 faiz artmışdır.

Qeyd edək ki, içki istehsalındakı kəskin artım bu sahənin şəffaflaşmağa (ağarmağa) başlaması ilə əlaqədardır.

Ən sərfəli kredit üçün müraciət et

marja

 

Ən sərfəli krediti almaq üçün müraciət et