Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu turizm sektoruna 9 milyon manat güzəştli kredit verib.
Bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib.
Onun sözlərinə görə, ümumilikdə Fond indiyə qədər sektora 53 milyon manat borc verib, bu isə 4 800-dən çox yeni iş yerinin yaradılması deməkdir.
Report.az