Azərbaycanda startaplar üçün yaradılmış 6 inkubasiya mərkəzi | Banco.az

Azərbaycanda startaplar üçün yaradılmış 6 inkubasiya mərkəzi

Bir neçə ildi Azərbaycanda startap və sahibkarlıq haqqında danışırıq ki, ancaq startap anlayışı bizim üçün daha yeni-yeni formalaşmaqdadır. Bunun ən yaxşı göstəricisi startap-biznes inkubasiya mərkəzlərinin sayının artmasıdır.

Anlaşılandır ki, daha yeni formalaşmağa başlanılan ekosistem nümayəndələrinə yaxından dəstək nə qədər önəmlidir.

Aşağıda Azərbaycanda startaplara mentorluq edən, investorlarla görüşlər təşkil edən, dəstək olmaq istəyən 6 inkubasiya mərkəzi haqqında məlumat ala bilərsiniz:

Ps: Bir daha qeyd edək ki, inkubasiya mərkəzləri rezidentlərə ofis təklif edən, investor tapan yox, investorlarla görüşmək imkanını yaradan qurumlardır.

1.Baku Business Factory.

BBF-in missiyası biznes yönümlü ideyaları olan gənclərin biznes təfəkkürlərinin inkişaf etdirilməsi və onlar üçün maddi bazanın təmin edilməsini kompleks şəkildə həyata keçirməklə ölkəmizdə yeni biznes vərdişlərinin formalaşdırılmasıdır.

BBF rezidentləri  iş stolu, görüş otaqları, istirahət otağı, internet, printer, skayner, resepşn, çay, kofe və s., kimi imkanlarda istifadə edə bilirlər. Onlar, həmçinin, BBF tərəfindən təşkil olunan təlimlərdən də iştirak edə bilərlər.

2.Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi

Barama İnnovasiya Mərkəzi Azercell şirkəti tərəfindən Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir.

3.Next Step İnnovation Center

Mərkəz ölkədəki istedadlı gənclərin müəyyənləşdirilməsi, fərqli perspektivli ideyaların təkmilləşdirilməsi və ən əsası layihələrin ölkə sərhədlərindən kənarda tanıdılması üçün çalışmaqdadır. Onu da qeyd edək ki, mərkəz sahibkarlığa gənclərin təşviqi və gənclərin biznes savadlılığının artırılması üçün təlimlər də təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

4.AppLap

AppLap Bakcell tərəfindən yaradılan layihədir ki, layihənin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirməsinə və Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mütərəqqi mobil tətbiqetmələr yaratmalarına kömək göstərən effektiv alətlərin təmin edilməsidir.

“AppLab” ideyaların, mobil tətbiqetmələrin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir.

5.Youth İnc

“Youth inc.” programı DVC (“Vətəndaş Cəmiyətində Debat” İctimai Birliyi) və “Coca Cola Company”-nin birgə programıdır. Program çərçivəsində Azərbaycanda “Gənc Sahibkarlıq” anlayışının inkişafı, gənclərin biznes haqqında məlumatının artırılması, gənclərin öz biznesini yaradılmasında dəstək olunması planlaşdırılır. Mərkəzin missiyası gənclərin innovativ potensialı və təşəbbüskarlığının dəstəklənməsi, onların ölkə iqtisadiyyatında daha səmərəli iştirakının təmin edilməsidir.

6.Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı

AMEA YTP-nin təşəbbüskar düşüncəyə malik gənclər  üçün yaratdığı imkanlar onların  startaplara marağını artırır. Gənclərin məşğulluğunun artırılması, sahibkarlıq ideyalarının təşkili və gənclərin sahibkarlıqla məşğul olmağa cəlb olunması məqsədilə AMEA YTP-də Biznes İnkubasiya Mərkəzi fəaliyyət göstərir. Mərkəzə innovativ düşüncəyə malik, müxtəlif layihələri olan gənclərdən ibarət komandalar cəlb olunurlar. Burada gələcək sahibkarlara öz ideyalarını daha effektiv reallaşdırmaları üçün lazimi şərait yaradılır. Gənclər bizneslərini qurmaq üçün inkubasiya və akselerasiya proqramlarından faydalanırlar. Uğurlu layihələr YTP-nin tərkibində fəaliyyət göstərən Texnologiya Transferi Ofisi dəstəyi ilə real bazara yönləndirilir. 

 

Ən sərfəli krediti almaq üçün müraciət et