Azərbaycanda sığortadan pul qazananlar artıb | Banco.az

Azərbaycanda sığortadan pul qazananlar artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 3 həyat sığortası şirkəti ümumilikdə 40,8 milyon manat sığorta haqqı toplayıb. Maliyyə Nazirliyinə istinadən verilən məlumata görə, ilin ilk 4 ayı ərzində həyat sığortası üzrə ödənişlərin ümumi məbləği isə 2,4 milyon manat olub. Başqa sözlə, həyat sığortası şirkətləri qazandıqları hər 100 manatın cəmi 6 manatını ödənişə yönəldiblər. 

“Atəşgah Həyat” yığımlar üzrə liderdir.

Toplanmış sığorta haqlarının məbləğinə görə, “Atəşgah Həyat” 3 şirkət arasında liderdir. Yanvar-aprel aylarında 17,5 milyon manat sığorta haqqı toplanıb. Bu, 2013-cü ilin eyni dövrünə nisbətən təxminən 54% çoxdur.
Şirkətin ödənişləri daha çox artıb. İlk 4 ayda "Atəşgah Həyat" 1,6 milyon manat ödəniş edib ki, bu da 2013-cü ilə nisbətən 84% çoxdur. Ümumilikdə, şirkətin topladığı hərr 100 manat sığrta haqqı müqabilində 9,3 manat sığorta ödənişi edilib.

“Paşa Həyat”ın ödənişi 93% artıb.

Sığorta yığımlarının həcminə görə, 2-ci yerdə isə “Paşa Həyat” sığorta şirkəti qərarlaşıb. Şirkət 4 ay ərzində 14,9 milyon manat sığorta haqqı toplayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32% çoxdur. Bu dövrdə şirkətin ödənişləri 672,7 min manat olub ki, bu, ötən ilə nisbətən 93% artıqdır. "Paşa Həyat"ın topladığı hər 100 manat sığorta haqqına görə ödənişi 4,5 manat təşkil edib.

“Qala həyat”ın yığımları ikiqat artıb.

İlk 4 ayda həyat sığortası şirkətlərinin hər 3-ü sığorta haqlarını artırıblar. Amma ən böyük artım “Qala həyat”da qeydə alınıb. Yanvar-aprel aylarında şirkət 8,48 milyon manat sığorta haqqı toplayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Bu dördə şirkət 101 min manat ödəniş verib ki, bu da ötən ilə nisbətən 32% azdır. Ümumilikdə, "Qala Həyat" topladığı hər 100 manat müqabilində 1,2 manat ödəniş edib.

Bazar paylarında da dəyişiklik var.

İlk 4 ayda baş verən proseslər həyat sığortası şirkətlərinin bazar paylarına təsir edib. “Atəşgah Həyat”ın bazar payı ötən ilə nisbətən cüzi artaraq 42,75% olub. “Paşa Həyat”ın bazar payı isə təqribən 5% azalaraq 36,5%-ə enib. "Qala Həyat" bazar payına görə digər rəqiblərindən geri qalsa da, bu ilin ilk 4 ayında onun payı daha çox artaraq 5,5%-ə çatıb. Nəticədə, indi şirkət həyat sığortası bazarının 20,8%-nə nəzarət edir.

Ölüm halından sığortada rekord artım var.

Ötən illə müqayisədə ən böyük artım həyatın ölüm halından sığortası üzrə yığımlarda qeydə alınıb - 3,36 dəfə. Bu sığorta növü üzrə ödənişlər isə 4,43 dəfə artıb. Həyatın yaşam sığortası üzrə yığımlar 79%, ödənişlər isə 84% artıb. Qeyd edək ki, həyatın yaşam sığortası sığorta növü olmaqla yanaşı, həm də sərfəli investisiya vasitəsidir. Həyatın yaşam sığortasının investisiya imkanları barədə ətraflı buradan tanış olmaq mümkündür. 2014-cü ilin yanvar-aprel aylarında sığorta haqqı və ödənişinin dinamikasına görə həyat sığorta şirkətlərinin renkinqi:  

Sığorta şirkətinin adı

Sığorta haqqının dinamikası

Sığorta ödənişinin dinamikası

Ödəniş yığım nisbəti

1

“Atəşgah Həyat” ASC

53,69%

84,28%

9,29%

2

“Paşa Həyat Sığorta” ASC

32,15%

93,31%

4,52%

3

“Qala Həyat” ASC

2,09 dəfə

-31,77%

1,19%

Ümumi

52,97%

74,11%

5,87%

2014-cü ilin yanvar-aprel aylarında sığorta haqqının ümumi bazardakı payına görə həyat sığorta şirkətlərinin renkinqi:

Sığorta şirkətinin adı

Sığorta haqqı
(manatla)

Bazar payı

Yanvar-aprel, 2014

Yanvar-aprel, 2013

1

“Atəşgah Həyat” ASC

17 446 488,13

42,75%

42,55%

2

“Paşa Həyat” ASC

14 884 867,03

36,47%

42,22%

3

“Qala Həyat” ASC

8 479 960,68

20,78%

15,23%

 

Cəmi:

40 811 315,84

100%

100%

Ən sərfəli kredit üçün müraciət et

2014-cü ilin yanvar-aprel aylarında sığorta ödənişinin ümumi bazardakı payına görə  həyat sığorta şirkətlərinin renkinqi:

Sığorta şirkətinin adı

Sığorta ödənişi
(manatla)

Bazar payı

Yanvar-aprel, 2014

Yanvar-aprel, 2013

1

“Atəşgah Həyat” ASC

1 620 235,92

67,68%

63,94%

2

“Paşa Həyat Sığorta” ASC

672 671,32

28,10%

25,30%

3

“Qala Həyat” ASC

100 965,96

4,22%

10,76%

 

Cəmi:

2 393 873,20

100%

100%

Mənbə: fins.az