Azərbaycanda sığorta satıcıları üçün beynəlxalq səviyyəli təlim təşkil olunub | Banco.az

Azərbaycanda sığorta satıcıları üçün beynəlxalq səviyyəli təlim təşkil olunub

Azərbaycan Respublikası Mərkəzi Bankı və “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı, Türk Sığorta İnstitutu Vəqfinin(TSEV) iştirakı ilə Türkiyənin təcrübəli sığorta təlimçilərinin genişmiqyaslı təlim proqramını Azərbaycanda həyata keçirməyə davam edir.

ASA-dan verilən məlumata görə, sayca ikinci olan bu təlim sığorta satışı istiqamətinə həsr olunub. Sığortaçıların maliyyə dayanıqlığının təmin edilməsində əhəmiyyətli rolu olan sığorta satışı təlimləri beynəlxalq təcrübəyə uyğun şəkildə həyata keçirilir. Azərbaycan Respublikası Mərkəzi Bankının önəmli layihələrindən biri olan risk əsaslı tənzimləmə və nəzarətə keçid addımlarının atılmasında sığorta satıcılarının bilik və bacarığının artırılması, eyni zamanda beynəlxalq təcrübəyə uyğunlaşdırılması bu təlimlərin önəm və mahiyyətini təsdiq edən başlıca faktorlardandır.

Bildirilir ki, növbəti aylarda sektordakı “Solvency II”, IFRS-17, anderaytinq, təkrarsığorta, zərərlərin tənzimlənməsi, müstəqil ekspertlər, marketinq və digər bu kimi vacib istiqamətlər üzrə də təlimlərin həyata keçirilməsi planlaşdırılır.

Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və TSEV – Türk Sığorta İnstitutu Vəqfi arasında əldə olunmuş razılığa əsasən reallaşdırılan bu layihələrin əsas məqsədi sığorta sektorunda kadr potensialının inkişaf etdirilməsi, peşəkar kadrların sayının artırılması və bütün bu faktorların uğurlu nəticəsi olaraq ölkədə sığorta sektorunun dayanıqlı inkişafının təmin olunmasına, nəticədə sığorta xidmətləri istehlakçılarının hüquqlarının qorunmasına töhvə verməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ödənişli əsaslarla təşkil edilən bu təlim layihəsini müvəffəqiyyətlə bitirən iştirakçıya beynəlxalq dərəcəli sertifikatların təqdim edilməsi nəzərdə tutulur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et