Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda həyata keçirilmiş 429,849 milyon manat sığorta ödənişinin 371,622 milyon manatı və yaxud 86,45%-i 5 sığorta şirkətinin payına düşüb.
Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (197,468 milyon manat) və “PAŞA Sığorta” (68,636 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 56,379 milyon manat), eləcə də "Atəşgah Həyat Sığorta" (29,666 milyon manat) və “Xalq Sığorta” (19,473 milyon manat) ASC-lərdir.
11 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (0 manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (85 min manat), “Xalq Həyat Sığorta” (122 min manat), “Naxçıvan Sığorta” (358 min manat) və “Bakı Sığorta” (1,067 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1,632 milyon manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,4%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 56,595 milyon manat (13,15%) təşkil edib.
renkinq.az
Bizi sosial şəbəkələrdən izləyin!!