Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyata keçirilmiş 283,671 milyon manat sığorta ödənişinin 238,216 milyon manatı və yaxud 84%-i 5 sığorta şirkətinin payına düşüb.
Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (142,374 milyon manat), “PAŞA Sığorta” (48,031 milyon manat), “Xalq Sığorta” (16,929 milyon manat), “Atəşgah Həyat Sığorta” (15,595 milyon manat) və “Azərsığorta” (15,287 milyon manat) ASC-lərdir.
8 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (3 min manat), “İpək Yolu Sığorta” (127 min manat), “Xalq Həyat Sığorta” (213 min manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (281 min manat) və “Naxçıvan Sığorta” (339 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 963 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,3%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 44,492 milyon manat (15,7%) təşkil edib.
Renkinq
Bizi sosial şəbəkələrdən izləyin!!