2023-cü ilin yanvar-noyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 1,0 faiz azalaraq 60,8 milyard manat təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 1,9 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 7,8 faiz artıb.
Sənaye məhsulunun 67,9 faizi mədənçıxarma, 26,8 faizi emal, 4,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 84,8 faiz olub.Ümumi istehsalın 91,3 faizi sənaye məhsullarının istehsalı, 8,7 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!