"Azərbaycanda sahibkarların dəstək mexanizmlərinin əhatə dairəsi genişləndiriləcək" | Banco.az

"Azərbaycanda sahibkarların dəstək mexanizmlərinin əhatə dairəsi genişləndiriləcək"

Qarşıdakı dövrdə mövcud dövlət dəstək mexanizmlərinin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi, eyni zamanda yerli alətlərin tətbiq edilməsi Azərbaycanda sahibkarlığın inkişafına töhfə verəcək.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "Heydər Əliyev və Azərbaycan sahibkarlığı" adlı yerli şirkətlərin tanıtım sərgisində çıxışı zamanı deyib.

"Qarabağ regionun iqtisadi dəyər zəncirinə reinteqrasiyası, Naxçıvan iqtisadi rayonun potensialının daha yüksək səviyyədə reallaşdırılması qarşıdakı dövrlərdə iqtisadi artıma təkan verəcək. Hər iki istiqamətdə inkişafın təmin olunması ilə dövlət proqramları qəbul edilib. Qarabağda iki sənaye parkı yaradılıb və rezidentlər üçün açıqdır. Azad edilmiş ərazilərin inkişafı ilə bağlı güzəştlər paketi qəbul edilib. Bu da sahibkarların bu bölgələlərə investiya qoyuluşu üçün cəlbedici addımlardır", - nazir müavini bildirib.

Onun sözlərinə görə, bu ilin yanvar-aprel aylarında qeyri neft-qaz sektoru üzrə ÜDM-də 3,1 % artım qeydə alınıb.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram