Azərbaycanda sahibkarlar üçün yeni e-ticarət platforması yaradılıb | Banco.az

Azərbaycanda sahibkarlar üçün yeni e-ticarət platforması yaradılıb

Azərbaycanda kiçik və orta biznes (KOB) subyektləri üçün yeni elektron ticarət (e-ticarət) platformasının beta-versiyası yaradılıb.

Bunu "Goldenpay" şirkətinin İdarə Heyətinin sədri Naina Mehdiyeva deyib.

Onun sözlərinə görə, oktyabrın sonunadək istifadəyə verilməsi nəzərdə tutulan e-ticarət platformasına 50-dək şirkətin məhsulları artıq yerləşdirilib.

"Hazırda platformanın beta-versiyası onlayn olaraq mövcud deyil. O, ayrı serverdə yerləşdirilib və hələlik yalnız kommersiya şirkətləri üçün əlçatandır. Sahibkarlıq subyektlərinin sayı müəyyən həddə çatdırıldıqdan sonra, platforma onlayn formatda fəaliyyətə başlayacaq. Elektron ticarət platforması hesab.az daxilində əlavə modul kimi fəaliyyət göstərəcək və istehlakçılar oradan məhsulları ala biləcəklər", - deyə N. Mehdiyeva qeyd edib.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et