Azərbaycanda Rusiya konfet və şirniyyatları bahalaşacaq | Banco.az

Azərbaycanda Rusiya konfet və şirniyyatları bahalaşacaq

Rusiyanın "Permskaya" qənnadı fabrikinin şirniyyat məhsulları tezliklə bahalaşacaq.

Bu barədə müəssisənin baş direktoru Boris Şvaytser bildirib.

Onun sözlərinə görə, ölkədə və dünyada baş verən ümumi iqtisadi vəziyyət səbəbindən qiymətlər ən azı 15% artacaq.

"Bu, ilk növbədə, valyuta məzənnəsinin artması ilə əlaqədardır. İstifadə etdiyimiz və xaricdə istehsal olunan xammalın dəyəri rubla deyil, avroya bağlanır. Həmçinin, son iki həftə ərzində 40% bahalaşan qəndə də xərclərimiz artıb. Bundan əlavə, banklar kreditlər üzrə faiz dərəcələrini əhəmiyyətli dərəcədə artırıblar", - Şvaytser qeyd edib.

Xatırladaq ki, "Permskaya" fabrikinin şirniyyatları bütün Rusiyaya, eləcə də Azərbaycan, Gürcüstan, Qırğızıstan, Litva, Estoniya, Almaniya və ABŞ-a tədarük olunur. Müəssisədə 120-dən çox adda məhsul istehsal edilir.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et