Azərbaycanda qızıl və gümüş istehsalı azalıb | Banco.az

Azərbaycanda qızıl və gümüş istehsalı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda ötən 5 ayda mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 792 kiloqramı qızılın, 1 363,0 kiloqramı isə gümüşün payına düşüb.  

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, qızıl istehsalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,7%, gümüş istehsalı isə 24% azalıb. 

İyunun 1-nə olan vəziyyətə əsasən, ölkədə 204,5 kiloqram hazır qızıl, 684,2 kiloqram hazır gümüş ehtiyatı var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram