Azərbaycanda qızıl və gümüş istehsalı artıb | Banco.az

Azərbaycanda qızıl və gümüş istehsalı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda ötən 2 ayda mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 263,6 kiloqramı qızılın, 567,7 kiloqramı isə gümüşün payına düşüb.  

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, qızıl istehsalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,2%, gümüş istehsalı isə 22,7% artıb. 

Martın 1-nə olan vəziyyətə əsasən, ölkədə 219,6 kiloqram hazır qızıl, 550,7 kiloqram hazır gümüş ehtiyatı var.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et